news Image
2013.03.29
17:31
| A A A
Çavezi cənnətdə qarşıladılar
Movqe.az xəbər verir ki, Venezuela dövlət televiziyası, vəfat edən liderləri Huqo Çavezin cənnətə getdiyini göstərən bir animasiya yayımlayıb. Əlli saniyəlik animasiyada, cənnətə gedən Çavez; Simon Bolivar Çe Quevaranın yanında köhnə Çili lideri Salvador Allende, köhnə Nikaraqua lideri Avqust Sezar Sandino, Argentinalı Eva Peron nənəsi Rosa Ines ilə görüşür. Bununla yanaşı Çavezin paytaxt Karakas yaxınlığındakı məzarına ziyarətçi axını davam edir. Məzarı ziyarət etmək üçün axın edən xalq, gec saatlara qədər dualar edib dini mahnılar söyləyir. Köhnə liderə çiçəklərin təqdim edilməsi üçün hazırlanan daxma üzərində isə "Müqəddəs Huqo Çavez" ifadələri yazılıb.