Əlaqə Arxiv
news Image
2013.03.29
17:35
| A A A
Paytaxtdakı masaj salonlarında yetkinlik yaşına çatmayan qızlar seks xidməti göstərir
Mətanət Əzizova: "Həmin qızlar bildiriblər ki, seks xidməti üçün alınmış 20 manatın 10 manatı onların özünə, 10 manatı isə masaj salonunun rəhbərliyinə çatır” "Paytaxtda yerləşən bir sıra masaj salonlarında yetkinlik yaşına çatmayan qızlar tərəfindən seks xidməti göstərilir". Bu sözləri Movqe.az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova
Söyləyib. Onun sözlərinə görə, masaj salonlarında bu xidməti təklif edən yetkinlik yaşına çatmayan qızların mütləq əksəriyyəti təhlükəli xəstəliklərin daşıyıcılarıdır: "Bizim əməkdaşlarımız paytaxtdakı masaj salonlarında müşahidələr aparıblar. Məlum olub ki, masaj salonlarında son vaxtlar yetkinlik yaşına çatmayan qızlar tərəfindən seks xidməti göstərilir. Bu salonlarda əvvəlcə müştəridən masaj üçün 20 manat alınır. Daha sonra seks xidməti təklif edilir. Buna görə isə müştərilər əlavə olaraq 20 manat ödəyirlər. Bizim əməkdaşlarımıza həmin qızlar bildiriblər ki, seks xidməti üçün alınmış 20 manatın 10 manatı onların özünə, 10 manatı isə masaj salonunun rəhbərliyinə çatır".
M. Əzizova ərazi sahə müvəkkillərinin masaj salonlarına nəzarət etmədiyini, bu səbəbdən də, bu tip obyektlərdə yetkinlik yaşına çatmayan qızların istismar olunduğunu söylədi: "Həm ərazi sahə müvəkkilləri, həmçinin də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar bu qanunsuzluğa qarşı mübarizə aparmalıdırlar".

Sizin Reklam Yeriniz