news Image
2013.03.29
22:59
| A A A
At ətindən sonra indi də insan əti qalmaqalı
Movqe.az xəbər verir ki, Avropanı sarsıdan at əti xəbərindən sonra Cənubi Afrikadakı qırmızı ətlərdə insan genlərinə rast gəlinməsi böyük səs-küy yaradıb.Cənubi Afrikanın "Stellenbosch" Universiteti tərəfindən icra edilən bir araşdırmada, qırmızı ət və ət məhsullarında eşşək, oğlaq, bizon kimi başqa heyvan əti izləri tapılıb. Toplanan 139 ət nümunəsində 68 faiz xarici heyvan ətinə rast gəlinib. Lakin, Avropa mərkəzli "Food Control" (Qida İdarəsi) jurnalında nümayiş olunan araşdırma hesabatının ən əsas nəticəsində bəzi nümunələrdə insan DNT-si görülməsi olub. Cənubi Afrikalı istehlakçılar xüsusilə mühafizəkar vətəndaşlar qırmızı ətlə əlaqədar qalmaqala etiraz edib.