news Image
2013.03.30
09:00
| A A A
Yanğın 2 min kvadratmetr ərazini əhatə edib
Bakının Süleyman Rəhimov küçəsində tikilməkdə olan binada başlamış yanğın 2 min kvadratmetr ərazini əhatə edib.Movqe.az-ın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə qərargahının rəisi Əkbər Novruzov bildirib. Onun sözlərinə görə, yanğın barədə məlumat 20.13-də daxil olub. "Binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın qarşısı təxminən 90 dəqiqəyə alınıb. Yanğın 2 min kvadrat metr ərazini əhatə edib və bir neçə binaya zərər dəyib. Təhqiqat aparılır. Hadisənin səbəbləri araşdırılır", deyə Ə.Novruzov əlavə edib.