Əlaqə Arxiv
news Image
2013.03.30
11:25
| A A A
İstirahət günü yağmursuz keçəcək

Martın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  açıqlamasında bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq. Sabah Azərbaycanın bölgələrində də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında çiskin olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11, bəzi yerlərdə 15 dərəcəyədək isti olacaq.

 

Sizin Reklam Yeriniz