news Image
2013.03.30
15:49
| A A A
Sabahdan saatların əqrəbi bir saat qabağa çəkiləcək

Gecə saat 04.00-da ölkə ərazisində saatların əqrəbi bir saat qabağa çəkiləcək. Sabahdan Azərbaycan ərazisində yay vaxtı tətbiq olunacaq. Movqe.az-ın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblər bir saat irəli çəkilir.Hər il oktyabrın ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 31 mart 2013-cü il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.