news Image
2013.03.30
21:45
| A A A
Paytaxtda sərnişin avtobusu aşıb
Bu gün axşam saat 19:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "İSUZU"markalı "10-TG-938" dövlət qeydiyyat nişanlı avtobus aşıb. İlkin ehtimala görə, metronun "Qara Qarayev" stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən avtobusun aşmasına səbəb sürücünün sürət həddini aşması və döngədə avtobusun idarəetməsini itirməsi göstərilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır. ANS-in verdiyi məlumata görə, Bakı şəhəri, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində xəsarət alanların sayı 10-a çatıb. Yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.