news Image
2013.04.01
14:54
| A A A
İlham Əliyev Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında iştirak edib
Aprelin 1-də Bakının Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, bu məhəllə qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcəkdir. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.

Diqqətə çatdırıldı ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilmişdir. Məhəllənin inşasına ötən ilin aprelində başlanılmışdır. Tikinti işləri bu ilin martında tam başa çatdırılmışdır.

Dövlətimizin başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlandı.
Sonra Azərbaycan Prezidenti Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət etdi.

Azərbaycan Prezidenti məhəllədə salınmış "Şəfəq" uşaq bağçası ilə də tanış oldu.

Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik məktəbdə yaradılmış şəraitlə tanış oldu. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılmışdır.

Prezident İlham Əliyev məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu, Zəngilan rayonunun "Araz" idman klubunun idmançılarının nümunəvi çıxışlarına baxdı.

Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.

Məktəbin ikinci mərtəbəsində Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət guşə yaradılmışdır.

Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı burada məcburi köçkünlər və inşaatçılarla görüşdü. Zəngilan rayonundan məcburi köçkün Xuduş İsgəndərov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs