Əlaqə Arxiv
news Image
2013.04.01
17:26
| A A A
Sabahdan havanın temperaturu qalxacaq

Mövqe.az-ın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturunun gecə 5-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Aprelin 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz

Aprelin 2-dən 4-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sizin Reklam Yeriniz