Əlaqə Arxiv
news Image
2013.04.02
11:46
| A A A
Global Finance jurnalı AccessBank-ı "ən yaxşı bank" elan edib
Global Finance jurnalı AccessBank-ı növbəti dəfə "Azərbaycanın ən yaxşı bankı" kimi tanıyıb

Movqe.az-ın məlumatına görə,  Global Finance jurnalı növbəti dəfə AccessBank-ı "Dünyanın inkişaf edən bazarlarının ən yaxşı bankı (Asiya regionu üzrə)" nominasiyasında "Azərbaycanın ən yaxşı bankı" adına layiq görüb. Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 22 ölkəsi arasında ən yaxşı bankı seçiblər. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsinə, gəlirlilik səviyyəsinə, strateji əlaqələrin mövcudluğuna, müştəri xidmətlərinin yüksək keyfiyyətinə, qiymətlərin rəqabət qabiliyyətinə və məhsulların innovasiya amillərinə əsaslanıb.  

AccessBank-ın Baş Meneceri Mixael Xoffmann bu mükafatı şərh edərək deyib:  "Biz fəxr edirik ki, Global Finance kimi nüfuzlu bir institut AccessBank-ı bir daha "Azərbaycanın ən yaxşı bankı" adına layiq görüb. Bu, bizim uğurlu fəaliyyətimizin və müştərilərə göstərdiyimiz xidmətin yüksək keyfiyyətinin təsdiqidir". 

Global Finance jurnalı beynəlxalq maliyyə sektorunun materiallarını dərc etdirir. Buraya korporativ maliyyələşdirmə, birgə müəssisələr haqqında yeniliklər, ölkənin profilləri və s. mövzular daxildir. Jurnal, həmçinin, il ərzində maliyyə institutlarının və şirkətlərin təltifatı üzrə bir neçə mərasim həyata keçirir. Ən böyük mərasim Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hər il keçirilən görüşü zamanı təşkil olunur.   


АccessBank aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərmək məqsədi ilə yaradılıb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.  


Sizin Reklam Yeriniz