"Dövlətqaçqınkom"-dan aksiya keçirənlərə cavab
Sənan Hüseynov: "Onlara ev düşmür, çünki, aksiyada ev tələb edənlər yerli vətənaşlarla ailə qurandan sonra ərlərini gətirib ata evinə yığışıblar"
"Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında aksiya
keçirənlərin tələbləri əsassızdır. Onlar tələb edirlər ki, BDU-nun
yataqxanasında məskunlaşmış məcburi köçkünlər kimi onlara da ev
verilsin. Amma onlara ev düşmür. Çünki, aksiyada ev tələb edənlər
yerli vətənaşlarla nikaha giriblər. Ailə qurandan sonra həyat
yoldaşları ilə birgə valideynlərinin yanına yığılıblar. Yerli
vətəndaşlarla ailə quranlara ev düşmür. Amma onların valideynlərinə
ev verilib. İndi də tələb edirlər ki, özlərinə verilsin. Bu əsassız
tələbdir".
Bu sözləri Movqe.az-a Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov
Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında məcburi köçkünlərin keçirdiyi aksiyaya münasibət bildirərkən söyləyib. Qeyd edək ki, BDU-nun 5 nömrəli yataqxanasının sakinləri, təxminən 37 ailə yolları bağlayaraq yeni tikilən qəsəbədə onlara evin verilməməsindən narazılıq edirlər.