Əlaqə Arxiv
news Image
2013.04.02
18:00
| A A A
Xaricə iş üçün üz tutan qadınların uşaqları təhsildən kənarda qalır

"İnsan alveri qurbanlarının və xaricə iş üçün üz tutan qadınların uşaqları təhsildən kənarda qalır. Onlar uşaqlarını kiminsə himayəsində qoyub getdiklərindən, uşaqlar təhsillərini davam etdirə bilmirlər. Elə ölkədə də elə valideynlər var ki, işlədiklərindən, sosial durumlarını bəhanə gətirib uşaqlarını məktəbə göndərmirlər. Halbuki, Azərbaycanda elə proqramlar həyata keçirilir ki, həmin proqramların köməkliyi ilə imkansız ailələrin uşaqlarına təhsillərini davam etdirmələri üçün dəstək göstərilir. Çox təəssüf ki, valideynlər bəzən bu cür proqramlardan xəbərsiz olduqlarından, uşaqlarının təhsilini yarımçıq saxlayırlar".

Bu sözləri Movqe.az-a açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib. Onun sözlərinə görə, əgər valideyni iş üçün xaricə getdiyindən uşaqlarının təhsilini yarımçıq saxlayıb kiminsə himayəsində qoyubsa, həmin şəxslər rayon Qəyyumluq şöbələrinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli şöbələrinə məlumat verməklə həmin uşaqların yarımçıq qalmış təhsillərini davam etdirmələrinə dəstək göstərməlidirlər: "Belə bir məlumat bizə, Gəncədən, Göygöl rayonundan daxil olmuşdu. Uşaqların anası onları kiminsə himayəsində qoyaraq, məktəbdən saxlayıb iş üçün xaricə getmişdi. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu rayondakı şöbəsinə müraciət etdik. Komitənin rayon şöbəsi təhsili yarımçıq qalmış uşaqları məktəbə yerləşdirdi. Ona görə də, əgər kimdəsə belə bir məlumat varsa mütləq aidiyyatı qurumlara məlumat verməlidir ki, insan alverinin qurbanı olan, xaricə iş üçün üz tutan, potenisial qurban sayılan bu qadınların uşaqlarının təhsilləri yarımçıq qalmasın".   

    

Sizin Reklam Yeriniz