Əlaqə Arxiv
news Image
2013.04.03
11:11
| A A A
“QHT Məktəbi” yaz təlimlərinə qəbul elan edir

2002-ci ildən başlayaraq, Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən "QHT Məktəbi" yaz təlimlərinə iştirakçıların qəbulunu elan edir.  


Mövqe.az-ın Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən aldığı məlumata görə, keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda yaranan bu Məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır. 

Bu günədək 1100 nəfərə yaxın məzunu olmuş Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur. 

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2-3 ay davam edəcəkdir. 

Qeyd edək ki, əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcəkdir.






Sizin Reklam Yeriniz