Əlaqə Arxiv
news Image
2013.04.03
11:18
| A A A
Dalay Lama Azərbaycana məktub göndərib

Dalay Lama Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil edəcəyi Cənubi Qafqaz Forum ilə əlaqədar fikirlərini bölüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən Mövqe.az-a verilən məlumata görə, Dalay Lama məktubunda qeyd edib ki, XII əsrdə yasamış Azərbaycan şairi Nizami Gəncəvinin insan hüquqlarına belə həssaslıqla yanaşdıqını araşdırmanız və əsərlərində insan hüquqlarını təbliğ etməsini görmək çox təsirləndiricidir və bir örnəkdir.


"XXI əsrin utanc verici bir hal olan qadın alveri, insan hüquqlarının pozulması kimi qlobal problemə IX əsr bundan öncə yaşamış bir mütəffəkir Nizaminin ona qul olaraq göndərilən qadını azad edərək, onu kənizi etməsi qadına göstərdiyi qayğı cəmiyyət üçün çox önəmli bir haldır.


Bəşəriyyətin anlaşması və birliyi baxımından, bu günki dünyanın dərin qarşılıqlı bir təbiətini anlamaq, bu qlobal məsələnin həllində effektiv beynəlxalq fəaliyyəti qurmaq üçün Nizami kimi ümumbəşəri dəyərləri birləşdirən mütəffəkkirlər müstəsna rol oynayır.

Mərkəzin bəşəriyyət üçün önəmli olan problemlərə belə diqqətlə yanaşmasını yüksək qiymətləndiririk".

Sizin Reklam Yeriniz