Əlaqə Arxiv
news Image
2013.04.03
13:06
| A A A
Gülər Əhmədovanın həyat yoldaşı yeni vəkil məsələsinə aydınlıq gətirdi-Eksklüziv
"Gülər Əhmədovaya yeni vəkil tutulması xəbəri yalandır. İndi Gülər Əhmədovanı iki vəkil müdafiə edir. Biri Eldar Qədimi, o biri isə Rakif Mustafayevdir".
Bu sözləri Movqe.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Məmmədov söyləyib. F. Məmmədov mətbuatın Gülər Əhmədovanı içəridə də rahat buraxmadığından gileylənib: "Bəzi mətbu orqanlar dəqiqləşdirməmiş informasiyalar yazırlar. Əl çəkmirlər çirkin niyyətlərindən. Yazıblar ki, güya Gülər Əhmədovaya təcridxanaya mebel göndərmişik. Təcridxanaya da mebel göndərərlər? 6 kv metr sahəsi olan yerə mebel neçə sığışa bilər? Elə 4 kv metrini iki çarpayı tutur. 1 kv metrini stol, 1 kv metrini də ayaqyolu. Yaxşı biz mebeli hara qoymuşuq onda? Ağıllarına gələni yazırlar".
F. Əhmədov Gülər Əhmədovanın sağlamlığı ilə bağlı narahatçılığın hələdə qaldığını, bu istintaq işinin tez yekunlaşması üçün Elşad Abdullayevin ölkəyə gəlməsini tələb etdiklərini söylədi.
 
Sizin Reklam Yeriniz