Əlaqə Arxiv
news Image
2013.04.03
13:08
| A A A
E-imza alanların sayı 11000-i keçib
 "Azərbaycanda e-imza alanların sayı sürətlə artır. Bu rəqəm 11000-i keçib. Demək olar ki, elektron imzanın tətbiqi dövlət qurumlarında genişlənir".
Bu sözləri Mövqe.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Məlumat Hesablama mərkəzinin direktoru Nail Mərdanov  deyib. Onun sözlərinə görə, e-imzanın praktiki olaraq tətbiqi dövlət orqanlarında üstünlük təşkil edir: "Demək olar ki, e –imza alanların sayı hər gün artır. Vətəndaşın dövlət qurumlarına müraciətini, qurumlar arası sənədləşmələri asanlaşdırmaq üçün böyük əhəmiyyətə malik olan elektron imzaya maraq sadə vətəndaşlar tərəfindən böyükdür".
Sizin Reklam Yeriniz