Əlaqə Arxiv
news Image
2013.04.03
15:38
| A A A
İsrail Qəzzaya hava hücumu təşkil edib

Movqe.az xəbər verir ki, İsrail ordusu, Noyabr ayında elan edilən atəşkəsin ardınca ilk dəfə Qəzzaya hava hücumu təşkil edib.Həmas Daxili İşlər Nazirliyindən edilən şərhdə, "İşğal təyyarələri Qəzzanın şimalını bombalayıb. Ölən yaralanan olmayıb ". İsrail ordusu isə, döyüş təyyarələrinin şimali Qəzzada "iki geniş miqyaslı terror bölgəsini" vurduğunu iddia edib. İsrail hava hücumlarının, Fələstinli məhkum Əbu Hamidənin ölümü səbəbiylə Qəzzadan İsrailin cənubuna atılan raketə cavab olaraq təşkil edildiyi iddia edilir. Noyabr ayında 8 gün davam edən qarşıdurmalarda 170 Fələstinli 6 İsrailli həlak olmuş, 21 noyabrda tərəflər arasında atəşkəs elan edilmişdi.

Sizin Reklam Yeriniz