Əlaqə Arxiv
news Image
2013.04.03
16:09
| A A A
Azərbaycanın kosmik peyki "Azərkosmos ASC"yə təhvil verilib

Azərbaycanın Azerspace-1 ilk telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra aprelin 2-dən etibarən idarəetmə peykin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti tərəfindən tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos ASC"yə təhvil verilib.


Mövqe.az-ın Rabitə və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir.


Hazırda Azərkosmos mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peyki idarə edirlər və lazımi əməliyyatlar aparırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir.


Qeyd edək ki, 8 fevral 2013-cü il tarixində orbitə buraxılan "Azerspace-1" peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi 15 fevral tarixində açılıb, 19 fevral tarixində isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb. 


Sizin Reklam Yeriniz