Əlaqə Arxiv
news Image
2013.04.03
17:09
| A A A
BDU-da “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində"Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans keçirilib. Mövqe.az-ın məlumatına görə, əvvəlcə rektor, akademik Abel Məhərrəmov çıxış edərək ulu öndər Heydər Əliyevin hər zaman gənclərə önəm verməsindən, onların bütün problemlərinin, qayğılarının  həlli istiqamətində həyata keçirdiyi siyasətdən bəhs edib. Bildirib ki, Ümummilli lider gəncləri vətənpərvər olmağa səsləyər, onların milli ruhda tərbiyə olunmalarının əhəmiyyətini xüsusilə önə çəkərdi: "Ümummilli lider deyərdi ki, gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir".  Akademik Abel Məhərrəmov bu siyasətin hazırda da uğurla davam etdirildiyini qeyd edib: "Prezident İlham Əliyev hər zaman çıxışlarında gənclərə xüsusi münasibətinin olduğunu və onların bütün işlərdə ona arxalana bilmələrini söyləyir.  Elə bunun nəticəsidir ki, Azərbaycan gəncliyi sabaha böyük inamla baxır".


Daha sonra  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun  "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda məruzəsi və Respublika Agsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışı maraqla dinlənilib.


Rəsmi hissənin sonunda ölkənin idman həyatında uğurlu nəticələr əldə etmiş, dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirak etmiş bir qrup BDU tələbəsi Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar. Bir qrup tələbəyə isə xüsusi güzəştləri təmin edən "Tələbə kartları" verilib.


Tədbir bədii hissə ilə davam etdirilib.


 

Sizin Reklam Yeriniz