Əlaqə Arxiv
news Image
2013.04.03
17:20
| A A A
Qəddafinin ailəsindən xəbər var
Movqe.az xəbər verir ki, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Ayşə Qəddafinin sığındığı Cəzairdən ötən oktyabr ayında Ummana göndərildiyi meydana çıxıb. Əlcəzairdə qaldığı prezident sarayını bir neçə dəfə yandırma cəhdində olan mühafizəçilərə hücum edən Ayşə Qəddafinin Cezayir prezidenti Abdul Əziz Butefilikanın portretini parçalaması necə deyərlər stəkandan axan son damcı olub. Cəzairin yerli qəzeti "Ennahar"ın xəbərinə görə, 37 yaşlı Qəddafi, Cəzairdən zorla çıxarılaraq Ummana göndərilib. Bir dövr Birləşmiş Millətlər Təşkilatının Xoş Məramlı Səfiri vəzifəsində olan Ayşə Qəddafinin həyat yoldaşı polkovnik Əhməd əl Qəzzafi əl Kahsi Liviyada rejimə qarşı davam edən qiyamlar əsnasında bombalı hücum nəticəsində həlak olmuşdu. Ayşə Qəddafi 2011-ci ildə anası qardaşlarıyla birgə Əlcəzairə sığınmışdı. Oman hökuməti ötən həftə "Reuter"sə etdiyi şərhdə Müəmmər Qəddafinin arvadı, iki oğlu qızı Ayşə Qəzzafi ilə uşaqlarının oktyabr ayından bəri Ummanda olduqlarını təsdiqləyib.
Sizin Reklam Yeriniz