Əlaqə Arxiv
news Image
2013.04.04
11:16
| A A A
Dövlət Komissiyası: Müəllim və həkimlərə “dövlət qulluqçusu” statusunun verilməsinə hazırlıq gedir

"Müəllimlərə və həkimlərə "dövlət qulluqçusu" statusunun verilməsinə hazırlıq gedir. Həkimlərin və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi nəzərdə tutulur".


Mövqe.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.

 

Onun sözlərinə görə, hazırda bununla bağlı konkret sənəd yoxdur: "Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Bu, Komissiyanın səlahiyyətində deyil. Nazirlər Kabineti və əlaqədar nazirliklər bununla bağlı qərar verməlidir".


Sizin Reklam Yeriniz