Əlaqə Arxiv
news Image
2013.04.04
13:25
| A A A
Azərbaycanda Suriya qaçqınlarına yardım kampaniyası başlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Suriya qaçqınlarına yardımınızı əsirgəməyin" şüarı ilə münaqişədən zərərçəkmiş insanlara yardım kampaniyasına start verib.

Mövqe.az-ın məlumatına görə, yardım Türkiyənin Suriya ilə sərhədində çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulub.


Maddi yardımlar köçürmə yolu ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bank hesablarına və cəmiyyətin rəsmi internet səhifəsindəki "Onlayn ianə" linkinə daxil olaraq birbaşa bank kartlarından köçürülə bilər. 


Kampaniya haqda ətraflı məlumat Cəmiyyətin rəsmi internet səhifəsində http://www.redcrescent.az/az/ yerləşdirilib. 


Yardım etmiş hər hansı təşkilat və ya vətəndaşın adı, eləcə də etdiyi ianənin məbləği xüsusi hazırlanmış cədvəldə qeyd olunur. Kampaniyaya ənənəvi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov qoşulub. 


Ödəniş üçün bank rekvizitləri:

AZN


Benefislər (alan) bank:

Azərbaycan Beynəlxalq Bankı /Sahil filialı


Kodu: 805595

VÖEN: 9900001881

M/h. AZ03NABZ01350100000000002944

S.W.I.F.T. kodu: IBAZAZ2X


Alan müştərinin adı:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti


Hesab № (IBAN):

AZ96IBAZ38090019449748533210

VÖEN: 1700011681


USD 


Benefislər (alan) bank:

Azərbaycan Beynəlxalq Bankı /Sahil filialı 


Kodu: 805595 

VÖEN: 9900001881 

M/h. AZ03NABZ01350100000000002944

S.W.I.F.T. kodu: IBAZAZ2X


Alan müştərinin adı:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti


Hesab № (IBAN):

AZ86IBAZ38190018409748533210

VÖEN: 1700011681





Sizin Reklam Yeriniz