Əlaqə Arxiv
news Image
2013.04.04
12:50
| A A A
TQDK V və XI sinif şagirdlərini üç fəndən sınağa çəkəcək
Aprelin 20-dən sonra orta məktəblərin V və XI siniflərdə keçirilməsi ilk dəfə monitorinq imtahanları keçiriləcək. Movqe.az-ın xəbərinə görə, bu məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında söyləyib. M. Abbaszadə bildirib ki, bu il prezident İlham Əliyevin sərəncamına əsasən TQDK tərəfindən Azərbaycanın orta məktəblərində ilk olaraq keçiriləcək monitorinq imtahanları XI siniflərdə "Azərbaycan dili", "Riyaziyyat" və "Fizika", V siniflərdə "Azərbaycan dili", "Riyaziyyat" və "Rus dili" (azərbaycan bölməsində Ana dili nəzərdə tutulur) üzrə aparılacaq. Bu imtahanlar Bakı şəhərində aprelin 23, 24, 25-də, bölgələrdə isə mayın 6, 7, 8-də keçiriləcək. Monitorinq imtahanları respublika üzrə 29 bölgədə 595 məktəbdə təşkil ediləcək.

 
Sizin Reklam Yeriniz