news Image
2013.04.05
16:09
| A A A
Polislər məsciddə namaz qılmağa mane olub
Movqe.az xəbər verir ki, İraqın müxtəlif şəhərlərində cümə namazının ardınca işgəncə və edam, rejimin həqiqətidir'' adı altında nümayişlər keçiriləcək. Bağdad, Ramadi, Felluce, Samarra, Mosul, Kərkük, Baxibə Tikrit kimi bir çox şəhərlərdə xalq, "İşgəncə və edam, rejimin əsasıdır cümləsi'' adı altında Baş nazir Nuri əl-Maliki hökumətinə etiraz etmək məqsədiylə təşkil ediləcək nümayişlərə qatılmaq üçün meydanlara axın edir. Paytaxt Bağdadda bu gün gücləndirilən nəzarət nöqtələri diqqət çəkib. Cümə namazının qılınacağı yerlərdə toplanmağa çalışan nümayişçilərə təhlükəsizlik qüvvələri çətinlik yaradır. Bağdadın şimalındakı Tarmiye, Tacı, Şəbi Ebker bölgəsində də təhlükəsizlik qüvvələrinin, məscidlərin ətrafına toplaşdığı və bəzi məscidlərdə cümə namazının qılınmasının maneə törətməyə çalışıldığı öyrənilib.