Əlaqə Arxiv
news Image
2013.04.06
16:16
| A A A
Sabah ilk sınaq imtahanı keçiriləcək

Sabah Azərbaycanda ali məktəbə hazırlaşanlar üçün ilk sınaq imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin Movqe.az-a verdiyi xəbərə görə, sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda keçiriləcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb. Ümumilikdə 46 binada keçiriləcək imtahanda respublika üzrə 34464 abituriyentin iştirakı nəzərdə tutulub.

Sizin Reklam Yeriniz