Əlaqə Arxiv
news Image
2013.04.07
11:12
| A A A
Lənkəranda baba və nəvə yandı
Ötən gecə saat 00.30 radələrində Lənkəran rayonunun Sefarabi kəndində, kənd sakini Orucəli Qurbanova məxsus 4 otaqlı yaşayış evində güclü partlayış baş verib. Hadisə baş verən evdə ailənin 5 üzvü olsa da, partlayışdan ancaq baba və nəvə xəsarət alıblar. Gücü partlayış 1931-ci il təvəllüdlü Orucəli Qurbanov və onun nəvəsi 1993-cü il təvəllüdlü Rəşad Qurbanovu yandırıb. Xəsarət alanlar dərhal Lənkəran rayon Regional Müalicə Diqanostika Mərkəzinə çatdırılıblar. Onlar xəstəxanaya bədənin müxtəlif yerlərindən 3-cü dərəcəli texnik alov yanıqları ilə daxil olublar. Vəziyyətləri ağır olduğundn Bakıya yola salınıblar.
Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, onların hər ikisinin vəziyyəti ağır olaraq qalır.
Zərərçəkənin qardaşı oğlu Fikrət Qurbanovun ehtimallarına görə, partlayışa səbəb qaz sızması olub. Belə ki, baba evə gələrkən işığı yandırıb və güclü partlayış baş verib.
Sizin Reklam Yeriniz