Əlaqə Arxiv
news Image
2013.04.07
13:20
| A A A
28 şəhər və rayonda sınaq imtahanları keçirilir

Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanları keçirilir. Movqe.az-ın xəbərinə görə, sınaq imtahanları respublikanın 28 şəhər və rayonunda ümumilikdə 46 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb və qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb. Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək ki, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq.

Sizin Reklam Yeriniz