news Image
2013.04.07
12:55
| A A A
Vasif Məhərrəmlinin toyu olacaq
Movqe.az day.az-a istinadən bildirir ki, müğənni Vasif Məhərrəmli Space telekanalının "Plus-Minus" verilişində nişanlandığı barədə şayiəni təsdiqləyib. O deyib ki, uzun müddət bunu gizləyib, çünki hamının onun şəxsi həyatını müzakirə etməsini istəməyib: "İndi deyə bilərəm ki, nişanlanmışam. Toy barədə ancaq onu deyə bilərəm ki, o, yaxın vaxtlarda baş tutacaq. Amma hələ dəqiq vaxtı bilinmir. Təyin eləyən kimi hamıya deyəcəm".