news Image
2013.04.08
10:53
| A A A
Səbail rayonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrayon iməcliyi keçirilib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin   90  illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı RİH tərəfindən tədbirlər planı təsdiq olunub və rayon üzrə silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər çərçivəsində rayonda geniş miqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağac əkilməsi planlaşdırılıb. Bununla əlaqədar, hər həftənin şənbə günləri rayonun müxtəlif yaşayış sahələrində iməcliklər keçirilir. 


Səbail rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Səbail rayonunun idarə və təşkilatları, təsərrüfat xidmətləri, təhsil müəssisələrinin kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 500 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikamızın sakinləri  və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, "Şıx" yaşayış sahəsində, Salyan yolu boyunca keçirilib.


İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilıb, "Dostluq parkı"ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı salınıb, 5000 kv. metr sahəyə yaşıl ot qatı salınıb, 2000 ədəd yeni ağac, 200 ədəd dekorativ kollar əkilıb, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılıb.

Həmin ərazisində yerləşən, keçən əsrin 70-ci illərində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə salınmış "Dostluq parkı"nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilib.


Keçirilən iməclik  ərzində burada 10 min  ədəd yeni ağac əkilib, əlavə olaraq, əvvəl əkilmiş  ağaclara qulluq göstərilib, ərazidə təmizlik işlərinə və  ağacların suvarma məsələlərinə xüsusi fikir verilib.

Bayrama çevrilmiş tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin,  rayonun təsərrüfat xidmətlərinin və orta təhsil müəssisələrinin kollektivləri xüsusi ilə fərqləniblər.


Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.

Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyətinin Ulu öndərimizin xatirəsinin yad olunmasına bir töhfə olub. 


Böyük bayram əhval-ruhiyyəsi ilə keçirilən iməcliklərin davamlı olması,  yay aylarında rayon ərazisində bu il əkilmiş ağaclara qulluq olunması və mütəmadi olaraq suvarılması nəzərdə tutulub.