Əlaqə Arxiv
news Image
2013.04.08
17:15
| A A A
"Gülər Əhmədovanın dilindən elə bir söz çıxmayıb"
Zülfiyyə Bayramova: " Gülər Əhmədova bu sözü heç bir halda söyləyə bilməz, çünki, Elşad Abdullayevdən nəinki 1 milyon, heç bir qəpik də almayıb" "Mən də o məhkəmədə iştirak etmişəm. Gülər Əhmədovanın Elşad Abdullayevdən 1 milyon dollar aldığını təsdiqləməsi barədə deyilənlər cəfəngiyyatdır. Məhkəmədə Gülər Əhmədovanın dilindən elə bir söz çıxmayıb".
Bu sözləri Movqe.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın nümayəndəsi, hüquqşunas  Zülfiyyə Bayramova söyləyib. Z. Bayramova bildirib ki, Gülər Əhmədova bu sözü heç bir halda söyləyə bilməz, çünki, Elşad Abdullayevdən nəinki 1 milyon, heç bir qəpik də almayıb: "Gülər Əhmədova almadığı pulu necə qaytaracağına vəd verə bilər ki? Axı niyə Elşada 1 milyon qaytarmalıdır ki? Bir halda ki, Elşad Abdullayevdən 1 qəpik belə almayıb. O məhkəmədə mən də iştirak etmişəm. Əgər elə bir etiraf olsaydı yəqin ki, ondan mən də xəbər tutardım. Ağ yalandır".
Qeyd edək ki, məlumatlara görə, sabiq deputat barədə 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi Səbayel Rayon Məhkəməsində heyrətamiz olayların yaşanıb. Məlumata görə, fevralın 13-də keçirilən proses zamanı G.Əhmədova azadlıqda qalmaq üçün öz son şansından da istifadə etmək istəyib. O, prosesə sədrlik edən hakim Elnur Həsənova deyib ki, Elşad Abdullayevdən 1 milyon dollar alıb və onu qaytaracaq. Sabiq deputat bu etirafdan sonra məhkəmədən onun barəsində həbs tədbiri seçməməyi xahiş edib. Məlumatda o da bildirilir ki, sabiq deputat həbs olunmazdan əvvəl prokurorluqda və istintaqda da E.Abdullayevdən 1 milyon dollar aldığını etiraf edib.
G. Əhmədovanın nümayəndəsi isə bu məlumatların yalan olduğunu deyir.
Sizin Reklam Yeriniz