Əlaqə Arxiv
news Image
2013.04.09
11:11
| A A A
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün ərizə qəbuluna başlanıb

Bu gündən etibarən Azərbaycanda 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu başlayıb.


Tələbə Qəbulu üzrə Dövlət komissiyasından Mövqe.az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər bu gündən mayın 17-dək internet vasitəsilə elektron ərizələri doldurur və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

 

Ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək SQK-na müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər.

 

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdirdikdən sonra, mayın 1-dən 20-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim et­mək­lə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seç­dikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiy­yata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imta­hanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abitu­riyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahan­larında iştirak edirlər. 

Sizin Reklam Yeriniz