Əlaqə Arxiv
news Image
2013.04.09
16:53
| A A A
Putin: "Rusiyada fərqli cinsiyyətlərə qarşı ayrı-seçkilik edilə bilməz"
Movqe.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Hollandiyadakı rəsmi səfəri zamanı Kraliça Beatriksin ardınca baş nazir Mark Rutte ilə axşam yeməyində görüşüb. Yeməkdən sonra baş nazir Rutte ilə Amsterdamda Dənizçilik Muzeyində birgə mətbuat konfransı təşkil Putin Rusiyada fərqli cinslərə yönəlmiş ayrı-seçkilik edilmədiyini söyləyib. Vladimir Putin, Baş nazir Rutte ilə Rusiyada cinsi azlıqlar və insan hüquqlarının vəziyyəti haqqında çox detallı olaraq danışdıqlarını açıqlayıb. Putin, "Fərqli cinsdən olan şəxslər üçün heç bir şəkildə ayrı-seçkilik edilmir. Rusiyada hər kəs üçün hüquqlar bərabər bir şəkildə tətbiq olunur." deyib. Putin, Hollandiya və Rusiyanın müxtəlif mövzularda fərqli düşünməklərinin çox təbii olduğunu, bir-birlərinin fikirlərinə hörmət edilməsi lazım olduğunu söyləyib. Putin, "İki ölkə yalnız məktəblərdə, homoseksualizm mövzusu haqqında fərqli düşünür. Bu vəziyyət isə çox normalır." deyib.


Sizin Reklam Yeriniz