Zərdabda zorlanan qız məktəbdən də qovuldu
Movqe.az Anspress-ə istinadən xəbər verir ki, bir müddət əvvəl
Zərdabda cinsi zorakılığa məruz qalan məktəbli qıza normal həyata
qayıtması üçün kömək əvəzinə, indi o, təhsil almaq hüququndan da
məhrum olunub. Bu qərarı məktəb və rayonun təhsil şöbəsi verib.
Zərdabda zorlanan azyaşlı Əminənin hamilə olduğu ortaya çıxdıqdan
sonra məktəbdən uzaqlaşdırılıb. Əminənin başına gətirilən bu hadisə
isə onun 2 bacısının məktəbə buraxılmaması ilə nəticələnib. Qeyd
edək ki, bu azyaşlı qız başına gətirilən bu hadisəni sirr olaraq
saxlayanadək, zahirən normal həyat yaşayıb. Digər yaşıdları kimi,
məktəbə gedib, rəfiqələri ilə ünsiyyət qurub, kənddə, ailədə normal
insan kimi həyatını sürüb. Birinci halda Əminənin ismətinə təcavüz
edilmişdisə, ikinci dəfə bu zərəri məhz təhsil müəssisəsi ictimai
qınağa tuş gələcəyini bəhanə edərək çıxardığı qərarla onun
düşüncələrinə, arzularına, gələcəyinə zərbə vurmuş oldu. Zərdab
rayon təhsil şöbəsinin müdiri Baba Babayev: "Mən məruzə elədim
bizim koordinatora. Mənə göstəriş verdilər ki, qızın bundan sonra o
məktəbdə oxuması düzgün deyil. Uşağın özü də, valideynlər də
israrlı oldular ki, məktəbdən getsin".
Əminənin yenidən cəmiyyətə reabilitasiya olunması üçün hazırda o Bakıdakı uşaq sığınacaqlarından birinə yerləşdirilib. Sığınacağın direktoru Kəmalə Ağazadənin sözlərinə görə, həmin məktəbin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə müraciət ediləcək. Uşaq psixoloqları isə hesab edirlər ki, məktəbin bu addımı zorakılıqdır və heç bir hüquqi əsası yoxdur. Qeyd edək ki, bu gün Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə qızlar müxtəlif səbəblərdən təhsildən uzaqlaşdırılır. Çıxarılan bu yalnış qərarlarla isə azyaşlı qızlar orta təhsil alma hüququndan məhrum olur və bunula da, onların gələcəyinə ağır zərbə vurulur. Statistikaya görə, insan alveri qurbanların 1/5-i azyaşlı qızlardır və onların əksəriyyəti isə təhsilsizdir.