Əlaqə Arxiv
news Image
2013.04.10
09:21
| A A A
Ağır atletimiz Avropa çempionatının qızıl medalını qazanıb
Movqe.az xəbər verir ki, Albaniyada ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. 62 kq çəki dərəcəsində birdən-birə iki atletimiz – Valentin Xristov və Zülfüqar Süleymanov medal qazanmaq üçün körpücük üzərinə çıxıblar. Valentin Xristov çempion adına, Zülfüqar Süleymanov isə bürünc medala layiq görülüb. 290 kq (130 kq + 160 kq) nəticə göstərən Zülfüqar Süleymanov Avropa üçüncüsü, Valentin Xristov isə 312 kq-la (137 kq + 175 kq) çempion adına layiq görülüblər. Qeyd edək ki, yarışların ilk günündə milli komandamızın üzvlərindən Silviya Angelova 48 kq çəki dərəcəsində mübarizə aparıb və böyük uğur qazanaraq gümüş medala sahib çıxıb.
Sizin Reklam Yeriniz