Əlaqə Arxiv
news Image
2013.04.10
12:11
| A A A
Azərbaycanda teleradio şirkətlərində bədii şuralar yaradılacaq

Azərbaycanda bu il ərzində Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq. Trend-in məlumatına görə, bu məsələ ölkə Prezidentinin sərəncamı ilə yeni təsdiqlənmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub.


Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi də təmin ediləcək. Bu işlər mütəmadi olaraq, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Təhsil Nazirliyi tərəfindən aparılacaq.


Bununla yanaşı, kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği də gücləndiriləcək.


Sizin Reklam Yeriniz