Əlaqə Arxiv
news Image
2013.04.10
12:25
| A A A
Bakıda fahişəxana aşkar edilib

Bakının mərkəzində yerləşən məşhur restoranlardan biri ötən gecə sökülüb. "Milli.az" saytının yaydığı məlumata görə restoranda polis tərəfindən böyük əməliyyat həyata keçirilib və nəticədə həmin obyektin sökülməsinə qərar verilib. 


Hadisə şahidlərinin verdikləri məlumata görə isə Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Mamounia" gecə klubunun fəaliyyəti tam dayandırılıb. Səbail Rayon Polis İdarəsindən bildirilib ki, ötən gecə "Momonia"da iki böyük əməliyyat keçirilib. Orada yerləşən qumarxanada Bakı Şəhər Baş Polis İdarəsi, fahişəxanada isə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.


Xatırladaq ki, bu gecə klubu paytaxtın elitar məkanlarından hesab olunur. Məşhur müğənni Şakira Bakıya gələn zaman bu gecə klubunda olduğu da bildirilir.


Sizin Reklam Yeriniz