news Image
2013.04.10
14:07
| A A A
80 həkimin taleyi sabah bəlli olacaq

Həkimlərin işə qəbulu ilə əlaqədar keçirilən ilk imtahanda uğur qazanan 80 nəfərin işə qəbul olub-olmadığı sabah açıqlanacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Movqe.az-a verdiyi məlumata görə, aprelin 11-də  növbəti mərhələyə buraxılan 80 həkimin müsahibəsi başa çatacaq: "Sabah bəlli olacaq ki, imtahanın birinci mərhələsində uğur qazanan 80 həkimdən neçəsi işə qəbul olub. İmtahanda iştirak etmiş həkimlər 27 ixtisas üzrə 100 vakansiya uğrunda mübarizə aparırlar. Müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub".

Qeyd edək ki, ilk işə qəbul imtahanı martın 28-də, ikinci imtahan isə aprelin 2-də keçirilib.