Tetçeri yandıracaqlar
Movqe.az xəbər verir ki, Britaniyanın keçmiş baş naziri
Marqaret Tetçerin 16 aprel
gecəsi Londonun mərkəzindəki
Parlament binasında qalacaq.
Cənazə St Paul
qəsrinə aparılacaq. Canlı
yayımlanacaq mərasimdə
Kraliça 2-ci Elizabet
ilə həyat yoldaşı da
olacaq. Sonra isə cənazə
yandırılacaq. Tetçer "pul
israfı olar" deyə
cənazəsində döyüş
təyyarələrinin keçid
etməməsini və "uyğun
olmayacağından" tabutun
katafalka (ölü arabası) qoyulmamasını vəsiyyət edib.
Cənazə mərasiminin, keçmiş
baş nazirin siyasi
vəziyyətinə uyğun olması
üçün "Twitter"da on minlərlə
insan kampaniya başladıb.
Dövlətin mərasim üçün
pul xərcləməməsi lazım olduğu deyilib.
Məşhur İngilis rejissor
Ken Loaç isə
"Tetçerin cənazəsi özəlləşdirilsin,
ən az pulu
verən onu basdırsın"
deyib.