Əlaqə Arxiv
news Image
2013.04.10
18:13
| A A A
Universitedə terror törədilib
Movqe.az xəbər verir ki, Texasın Hyuston şəhərinə yaxın Lone Star Universitetində oxuyan bir şagirdin 14 nəfəri dəhşətli şəkildə yaraladığı bildirilib. Hyustonun Harris Region polis məmuru Adrian Qarsia tərəfindən edilən şərhə görə bu gün günorta saatlarında adı açıqlanmayan bir şagird, universitet şəhərciyində olan şagirdlərə atəş açıb. Hadisədə ikisi ağır olmaqla, cəmi 14 nəfər yaralanıb. Yaşanan hadisə ilə əlaqədar istintaq başladan polis, hücumda cür bir alət istifadə edildiyi haqqında məlumat verməyib. Polis təcavüzkarın nəzarətə alındığını hadisəni tək başına törətdiyini bildirib. Şəhərcikdə yaşanan hadisənin səbəbi haqqında hər hansı bir şərh edilməyib. Universitetdə olan bütün şagirdlərin sağlamlıq idarəsindən keçirilərək evakuasiya edildiyi bildirilib.
Sizin Reklam Yeriniz