Əlaqə Arxiv
news Image
2013.04.11
11:01
| A A A
Əkrəm Əylislinin “Daş yuxular”ı erməni dilində
Azərbaycanlı yazıçı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" əsəri Ermənistanda çap edilib. Movqe.az-ın erməni mətbuatına istinadla verdiyi məlumata görə, kitab "York" nəşriyyatında çap edilib. Əsərin tərcüməçisi Leonid Zilfuqaryanın "Azadlıq" radiosunun erməni xidmətinə verdiyi məlumata görə, sadəcə tolerantlığa çağırış olan əsər Azərbaycanda belə səs-küy yaradıb. "Bu kitaba,Ermənistanda olan maraq Azərbaycanda qaldırılan səs-küyə bərabərdir. Roman misilsizdir. Ona görə yox ki, Azərbaycanda bu məsələlər heç vaxt qaldırılmayıb, ona görə ki, bu məsələni bu səviyyədə, məşhurluq pilləsində olan belə yazıçı qaldırıb".
Tərcüməçinin fikrincə, kitabdakı ən uğurlu yerlər müəllifin doğulduğu məkana- Əylisə- Aqulisə aid olan hissələrdir.
Xatırladaq ki, Azərbaycanda böyük rezonasa səbəb olan Əkrəm Əylislinin "Daş yuxular" romanı ötən il Moskvada "Drujba narodov" jurnalında nəşr edilib.
Sizin Reklam Yeriniz