Əlaqə Arxiv
news Image
2013.04.11
14:25
| A A A
SOCAR-ın telekanal alması tendensiyaya çevrilə bilər
Qulu Məhərrəmli: " Ola bilər ki, bu bir ənənənin əsasını qoysun" "SOCAR-ın telekanal alması Azərbaycanda dövlət qurumlarının və biznes sturukturlarının telekanal alması və açması ilə bağlı tendensiya yarada bilər. Ola bilər ki, bu bir ənənənin əsasını qoysun. Bundan sonra Vergilər Nazirliyi, Dövlət Neft Fondu və sair bu kimi iri dövlət qurumları telekanal açmaq, telekanal açmaq fikrinə düşsünlər. Amma bundan sonra "ATV İnternational" kanalının Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərməsi düşünürəm ki, Azərbaycanın xaricdə təbliğatı ilə bağlı töhvə verə biləcək. Amma yenə də bu onun düzgün strategiya seçməsindən, yayım strategiyasını müəyyənləşdirəcəyindən asılıdır".
Bu sözləri Movqe.az-a açıqlamasında tanınmış  telejurnalist Qulu Məhərrəmli "Azad Azərbaycan" televiziya kanalına məxsus "ATV İnternational"-ın Dövlət Neft Şirkəti tərəfindən alınmasına münasibətində söyləyib. Q. Məhərrəmli deyib ki,  ümumiyyətlə mətbuat fəlsəfəsinə görə, mətbuat azad olmalı, oliqarxların, biznes qurumlarının tabeliyində olmamalıdır. Amma telejurnalist burada da müəyyən istisnaların olduğunu bildirir: "Məsələn, qonşu Türkiyədə iri şirkətlərin telekanalları, qəzetləri var. Amma bu telekanallar və şirkətlər onların öz təbliğatı üçün yaradılmayıb, biznes marağı güdür. Eləcə də, ABŞ-ın özünün də xaricdə tanınması üçün Amerikanın səsi radiosu, jurnalları var. Bu media layihələri ABŞ-ın xarici ölkələrdə tanınmasına xidmət edir. Elə  "ATV İnternational"-da bu məqsədlə yaradılmışdı. Hesab edirəm ki, SOCAR düzgün yayım strategiyası seçərsə, ARDNŞ-ın imkanları hesabına Azərbaycanın xaricdə təbliğatı baxımdan çox işlər görə bilər. Amma bu telekanal Azərbaycanın Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərsəydi təbliğat baxımından töhvəsi daha böyük olardı". 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov isə deyir ki, hətta SOCAR-ın telekanal alması dövlət qurumlarının telekanal açması ilə bağlı bir ənənənin əsasını qoysa belə burada qanunsuz heç nə yoxdur: "Qanunvericiliklə dövlət qurumları da telekanal ala bilərlər. Təbii ki, qanunla nəzərdə tutulmuş formada".
Qeyd edək ki, bir müddət öncə də, Nəqliyyat Nazirliyi radio yayım üçün tezlik almışdı. MTRŞ tərəfindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib
Sizin Reklam Yeriniz