Əlaqə Arxiv
news Image
2013.04.11
16:10
| A A A
Yanvar-mart aylarında 43 yaşayış məntəqəsi qazlaşdırılıb

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.


Mövqe.az-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən aldığı məlumata görə, cari ilin birinci rübündə ölkə üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb. Yanvar-mart aylarında əhali kateqoriyasına aid 45279 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 35625-i regionların, 9654-ü isə Bakı şəhərinin payına düşüb. 


Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 173794 sayğac quraşdırılıb və ya əvəz olunub ki, bunun da 117206-sı "smart-kart" tipli sayğacdır. Birinci rübdə 2938,6 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 903,18 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb. 


                               

Sizin Reklam Yeriniz