Əlaqə Arxiv
news Image
2013.04.11
16:15
| A A A
İsmət Abasovun yaşı 71-ə çatmış şöbə müdirlərini təqaüdə göndərəcəyi tarix məlum oldu
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev və nazirliyin Heyvandarlıq, Damazlıq işi və Otlaqlar Baş Idarəsinin rəisi Çingiz Fərəcov bu ilin sentyabr ayının 17-də  "Dövlət qulluğu haqqında" Qanunun tələbi ilə təqaüdə göndəriləcəklər. Movqe.az-a bu məlumat nazirlikdə etibarlı mənbədən daxil olub. Mənbənin veridyi məlumata görə, hər iki şöbə müdirinin 71 yaşı olsa da, ehtiyac duyulduğu üçün işdə saxlanılıb. S. Vəliyev 2003-cü ilin sentyabr ayından, Ç. Fərəcov isə 1997-ci ildən KTN-da çalışır.
 Kənd təsərrüfatı naziri İsmət Abasov hər iki şöbə müdirinin yaş müddətini "Dövlət qulluğu haqqında" Qanununda nəzərdə tutulan təsnifata uyğun olaraq- elm, mədəniyyət, səhiyyə, təhsil sahəsinin inkişafinda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş – xüsusi xidməti olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisədə 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən, bu qanunun 10-cu maddəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydaya uzadıb. Nazirlikdəki mənbədən verilən məlimata görə, hər iki şöbə müdiri üçün bu müddət bu ilin sentyabr ayının 17-də tamam olur.
İ. Abasov qanundakı bu imkandan növbəti  nazirliyin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri – Rafiq Məcidov üçün istifadə edəcək. Qeyd edək ki, R. Məcidovun 63 yaşı var.  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışanların yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında yaşı 65-i doldurmuş işçilərin siyahısı hazırlanmalı, bu yaşa çatanlar təqaüdə göndərilməlidirlər.

Sizin Reklam Yeriniz