Əlaqə Arxiv
news Image
2013.04.11
17:10
| A A A
AMEA Mərkəzi Elmi Kitabxanası “Heydər Əliyev - 90” mövzusunda silsilə sərgilər təşkil edəcək

AR Prezidenti İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 21 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti 25 yanvar 2013-cü il tarixli Qərar qəbul edib.


 Mövqe.az-ın məlumatına görə, qərarda AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) dövlət strukturlarında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səyyar sərgilərin keçirilməsi həvalə olunub. Belə ki, sərəncamdan irəli gələn tələblərə əsasən MEK respublikada fəaliyyət göstərən nazirlik, komitə və təşkilatlarda bu mövzuda geniş sərgilər keçirəcək.

Sizin Reklam Yeriniz