Əlaqə Arxiv
news Image
2013.04.12
13:45
| A A A
Ana və uşaq doğuş zamanı ölüb

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib. APA-nın xəbərinə görə, hadisə Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Ağdaş rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Yuxarı Nəvətava kənd sakini, 1977-ci il təvəllüdlü Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladı ötən gecə doğuş zamanı ölüb.


P. Məcidovanın ailə üzvləri faktla bağlı Prokurorluğa şikayət ediblər. Şikayətdə ölüm halının doğuşu aparan mama-ginekoloq, doğum şöbəsinin müdiri Yusifova Səfa Əsrayıl qızının səhvi ucbatından baş verdiyi bildirilib.


Sizin Reklam Yeriniz