news Image
2011.11.23
19:34
| A A A

"Azərbaycan Ordusu son günlər heç bir itki verməyib". Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.

Ermənistan mətbuatında Azərbaycan Ordusunun son iki gündə itkilər verməsi, Azərbaycan Müdafiə Nazirliyinin isə bunları gizlətməsi barədə yaydığı məlumatlara münasibət bildirən T. Abdullayev bu xəbərlərin dezinformasiya olduğunu bildirib: "Nəinki, son iki gündə, ümumiyyətlə, son vaxtlar Azərbaycan Ordusu cəbhədə hər hansı itki verməyib. Ermənilər yalan məlumatları daxili auditoriyaya hesablayaraq yayırlar. Həmin xəbərlərin heç bir əsası yoxdur".

Qeyd edək ki, Ermənistanın bəzi mətbuat orqanları erməni silahlı birləşmələrinin gördüyü tədbirlər nəticəsində Azərbaycan Ordusunun böyük itkilər verdiyi barədə xəbər yayıb. "Regnum" agentliyinin məlumatına görə, hərbi ekspert Artsrun Ovanisyan noyabrın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycan tərəfinin bu gün də itkilər verdiyini deyib. Lakin o, təfərrüatları açıqlamayıb, yaxın vaxtlarda bunun rəsmi təsdiqlənəcəyini söyləməklə kifayətlənib. Erməni ekspert Azərbaycana qarşı cəza tədbirinin davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Ermənistan mətbuatı bir neçə gün əvvəl cəbhə xəttində atəşkəs rejiminin pozulması nəticəsində iki erməni hərbçinin həlak olduğu barədə məlumat yayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs