news Image
2013.04.13
09:51
| A A A
Bu günə olan hava məlumatı

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.  Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında aprelin 13-də arabir yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Aprelin 13-dən 15-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-ü gündüzdən 14-ü səhərədək arabir güclənən xəzri küləyi bəzi smeteohəssas insanlarda diskomfort hissi yarada bilər.