Havada təhlükə
Bu gün elektrik avadanlıqlarının işinə, eləcə də, insanların
əhvalına mənfi təsir göstərən güclü Günəş fırtınası gözlənilir. ANS
PRESS-in məlumatına görə, bunu BBC-nin canlı efirində İngiltərənin
Redinq şəhərindəki universitetin professoru Kris Debi deyib. Onun
sözlərinə görə, fırtınanın ən güclü vaxtı şənbə günü axşam
saatlarına təsadüf edəcək: "Bununla belə, planetimizdə Günəş küləyi
daha çox şənbə günü gecə yarısından bazar günü saat 03.00-adək hiss
olunacaq".
Professor deyib ki, Avropanın şimal rayonlarında Şimal şəfəqi aydın müşahidə olunacaq. Kris Debinin sözlərinə görə, nəzəng termonüvə partlayışları nəticəsində Günəşin səthinə tullanan milyonlarla ton isti materiyalar hazırda kosmosda inanılmaz sürətlə hərəkət edir. Güclü elektromaqnit sahəsinə malik kütlənin bir hissəsi Yerin yuxarı təbəqələri ilə təmasa keçəcək. Nəticədə səmada şəfəq yaranacaq və buludsuz ərazidərdə aydın görünəcək.