Əlaqə Arxiv
news Image
2013.04.15
14:36
| A A A
Google search domenindən nöqtəsiz istifadə etmək niyyətindədir

Yüksək səviyyəli .app, .blog, .cloud və digər domenlər üçün müraciət etmiş Google şirkəti ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) korporasiyasına search domenindən nöqtəsiz istifadəyə icazə verilməsi ilə bağlı məktub ünvanlayıb. Müraciətə müsbət cavab verilsə, ünvan sətri bu şəklində görünəcək - http://search.

 

Nöqtəsiz domenlər ideyası heç də yenilik deyil və əvvəllər də ICANN tərəfindən müzakirə olunub, lakin təhlükəsizlik sahəsində ixtisaslaşan mütəxəssislər bunun tətbiqinin əleyhinədir. Bundan başqa, bəzi texniki çətinliklər də var. Təşkilatın axtarış sistemi şirkətinin sorğusuna necə cavab verəcəyi hələ ki naməlumdur.

 

Lakin bu hal baş versə və Google icazə alsa, gələcəkdə oxşar ünvanların yaradıla biləcəyini gözləmək olar, Onliner yazır.

Sizin Reklam Yeriniz