Əlaqə Arxiv
news Image
2013.04.15
15:05
| A A A
"Gülər Əhmədovanın bu gününə də həsəd aparırlarsa, daha mənim onlara sözüm yoxdur"
"Gülər Əhmədovaya təcridxanada xüsusi şərait yaradılması ilə bağlı səslənən fikirlər cəfəngiyyatdır. Bu məlumatları yayanlar nəyə əsaslanıb bu cür şaiyələr yayırlar bilmirəm. Amma təcridxananın rəhbərliyi hamıya eyni münasibət sərgiləyir, hamıya eyni gözlə baxır. Gülər Əhmədovaya təcridxanada xüsusi şərait yaradılması barədə deyilənlər həqiqətəuyğun deyil".
Bu sözləri Movqe.az-a Gülər Əhmədovaya təcridxanada xüsusi şəraitin yaradılması, qulluqçu tutulması barədə yayılan məlumatlara münasibətində sabiq deputatın nümayəndəsi Zülfiyyə Bayramova deyib. Z. Bayramova bildirib ki, Gülər Əhmədovaya da təcridxanada digər məhbuslar kimi eyni qanun şamil olunur: "Aşığın sözü qurtaranda nanay-nanay deyən kimi, Gülər Əhmədova barədə yalan məlumat yayanlar da görünür əllərində tutarlı bir şey olmadıqlarından başlayıblar cəfəngiyyat, əsassız xəbərlər yaymağa. Gülər Əhmədovanın bu gününə də həsəd aparırlarsa, daha mənim onlara sözüm yoxdur".
Sizin Reklam Yeriniz